UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Donteskin “Şaxtyor” klubu səfərdə “Monako” ilə qarşılaşıb. Meydan sahibləri favorit sayılsalar da, gözləniklənlərin əksinə Ukrayna futbolçuları qalib gəlıiblər. Oyunda yeganə qolu “Şaxtyor”un heyətində Pedrinyo vurub.

“Zalsburq” – “Brondbu” matçında isə 3 qol vurulub. Hesabı danimarkalılar açıblar. İlk hissədə Mikael Uhre fərqlənib. Ruhdan düçşməyən avstriyalılar fasilədən sonra meydana daha da istəklıi çıxıblar. Əzmkar mübarizə aparan meydan sahibləri 2 qol vuraraq qalib gəliblər. Kərim Adeyimi və Brenden Aaronson komandasına qələbə qazandırıb – 2:1

“Şerif”  – “Dinamo  Zaqreb” görüşündə də eyni sayda qol vurulub. Hesabı meydan sahiblərindən Adama Traore hesabı açıb. Fasilədən sonra daha 2 qol vurulub. Dimitrios Kolovos fərqi 2 topa çatdırıb. Matçın sonlarında Traore dubl edib. “Şerif” – “Dinamo” 3:0